Hacıqabulda dəhşətli qətl baş verdi
Hacıqabulda kişinin güllələnmiş meyiti tapılıb.
Azmedia.Az-ın xəbərinə görə, hadisə Udulu kəndində qeydə alınıb.
31 yaşlı İxtiyar Səmədovun meyiti kənddəki meşəlik ərazidə aşkarlanıb. Onun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub, araşdırma aparılır.//lent


