Rəcəb Tayyib Ərdoğandan Azərbaycana 18 Oktyabr təbriki
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib.
Azmedia.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Türkiyə lideri paylaşımında Azərbaycanı dost və qardaş ölkə adlandıraraq Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb.
Ərdoğan paylaşımında bildirib:
“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətim adından ürəkdən təbrik edirəm.
Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram”.


