Duty Free.az-ın 18 illik direktoru vəzifədən uzaqlaşdırıldı – Yoxlama aparılır
"Duty Free.az" şirkətinin direktoru Cavid Aslanov vəzifəsindən azad edilib.
Azmedia.Az xəbər verir ki, "Duty Free.az" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru vəzifəsinə Səfərağa Hüseynov gətirilib.
Qeyd edək ki, Cavid Aqil oğlu Aslanov 2008-ci ildən "Duty Free.az" şirkətinin rəhbəri idi.
Əldə etdiyimiz məlumata görə, Cavid Aslanov Dövlət Gömrük Komitəsinin sədri general-polkovnik Şahin Bağırovun təkidi ilə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda isə "Duty Free.az" MMC-nin fəaliyyət göstərdiyi ölkə ərazisindəki Gömrük İdarələrinin sərhəd satış mağazalarında yoxlama aparılır.
O, 2023-cü ilin noyabr ayında yaradılan "Duty Free Az İnternational" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi vəzifəsində isə fəaliyyətini davam etdiririr. Bu MMC hava limanlarında fəaliyyət göstərir.
Xatırladaq ki, Milli Məclisdə Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirə edilir. Müzakirələr zamanı qeyd edilib ki, "Duty free"də satışlara nəzarət artırılacaq.//qaynarinfo


