Xaricə mal ixrac edənləri yeni qaydalar gözləyir – Prezidentdən Fərman

Xaricə mal ixrac edənləri yeni qaydalar gözləyir –

Xarici ölkələrə mal ixracı ilə bağlı hesablaşmaların aparılması qaydaları hazırlanacaq. Bununla əlaqədar Nazirlər Kabinetinə konkret müddət müəyyən edilib.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılması qaydalarını dörd ay müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.