“Sabah” – “Barselona” qarşılaşmasını stadiondan izləmək istəyənlərə şad xəbər

“Sabah” – “Barselona” qarşılaşmasını stadiondan izləmək istəyənlərə şad xəbər

UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” matçının biletlərinin satışına başlanılıb.

Azmedia.Az 
xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində “Barselona” ilə üz-üzə gələcək “Sabah” klubunun ev oyununa biletlər artıq satışdadır.

Sportline.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın biletlərini “iticket.az” platforması vasitəsilə əldə etmək mümkündür.

Matç noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüşün start fiti saat 21:45-də səslənəcək.

Qeyd edək ki, “Sabah” sabah UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində Dortmund “Borussiya”sını qəbul edəcək.