Xırdalanda obyektdə yanğın baş verib – FHN məlumat yaydı- VİDEO

Xırdalanda obyektdə yanğın baş verib – FHN məlumat yaydı-

Abşeron rayonunun Xırdalan şəhərində obyektlərdən birində yanğın baş verib. Hadisəyə FHN əməkdaşları operativ şəkildə müdaxilə edib.

Azmedia.Az xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə ilə əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 800 kvadratmetr olan və bir-birinə bitişik yerləşən ikimərtəbəli müxtəlif təyinatlı obyektlərdəki alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə nəzarətə götürülərək tam söndürülüb.

İlkin məlumata görə, yanğın zamanı ümumi sahəsi 240 kvadratmetr olan restoranın ikinci mərtəbəsindəki mətbəx və dam örtüyünün yanar konstruksiyalarının 65 kvadratmetrlik hissəsi, həmçinin ümumi sahəsi 72 kvadratmetr olan çay evinin və dam örtüyünün yanar konstruksiyaları zərər görüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürənlərin tədbirləri nəticəsində restoranın digər hissələri və ona bitişik obyektlər alovdan qorunub.