Bakıda iki azyaşlı bacı dünyasını dəyişdi: Yaxınları həkimləri günahlandırır- FOTO

Bakıda iki azyaşlı bacı dünyasını dəyişdi: Yaxınları həkimləri günahlandırır-

Bakıda iki azyaşlı bacının ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub. Uşaqların yaxınları onların tibbi yardım almasına və həkimlərin fəaliyyətinə dair ciddi iddialar səsləndiriblər.

Azmedia.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.

2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova noyabrın 7-də, onun kiçik bacısı, 2017-ci il təvəllüdlü Nurana isə noyabrın 23-də dünyasını dəyişib.

Mərhum uşaqların yaxınları qızların tibbi yardım aldıqlarını, lakin həkim səhlənkarlığı nəticəsində həyatlarını itirdiklərini iddia ediblər.

Qeyd edək ki, hadisə ilə bağlı yaxınlarının səsləndirdiyi iddiaların digər təfərrüatları və aidiyyəti qurumların mövqeyi barədə məlumat təqdim edilməyib.