Avtobus dayanacaqları ilə bağlı yeni qayda: Marşrut nömrələri nişanlarda göstərilməyəcək
Avtobus dayanacaqlarında marşrut nömrələrinin göstərilməsi ilə bağlı tətbiq olunan qaydalara dəyişiklik edilir.
Azmedia.Az -a AYNA-dan verilən açıqlamaya görə, sərnişindaşıma sisteminin sərnişin tələbatına uyğunlaşdırılması və optimallaşdırılması çərçivəsində avtobus dayanacaq nişanları üzrə yeni standartlar müəyyən edilib.
Qeyd olunub ki, yeni quraşdırılacaq dayanacaq nişanlarında marşrut nömrələrinin qeyd edildiyi lövhələr yer almayacaq. Mövcud standartlara uyğun olmayan köhnə nişanlar da yeniləri ilə əvəzlənəcək.
AYNA bildirib ki, sərnişinlər dayanacaqlar üzrə aktual marşrut məlumatlarını “AYNA MaaS” tətbiqindən əldə edə və avtobusların hərəkətini real vaxt rejimində izləyə bilərlər.
Məlumata görə, marşrutlarda baş verən dəyişikliklər tətbiqdə operativ şəkildə əks olunur.
Əli Şəyəldiyev
Azmedia.Az


