Zərdabdan Mingəçevirə qonaq gələn ailə qəzaya düşdü – Xoşbəxtlikdən xəsarət alan olmadı

Zərdabdan Mingəçevirə qonaq gələn ailə qəzaya düşdü – Xoşbəxtlikdən xəsarət alan olmadı

Zərdab rayonundan Mingəçevirə qonaq gələn ailə yol-nəqliyyat hadisəsi ilə üzləşib.

Azmedia.Az-ın məlumatına görə, hadisə şəhərin Xaldan şossesinə çıxış istiqamətində qeydə alınıb.

“Mercedes” markalı avtomobil “VAZ” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az