Başqasının yasına getmişdi, özünün ölüm xəbəri yayıldı – Faciənin təfərrüatı- FOTO

Başqasının yasına getmişdi, özünün ölüm xəbəri yayıldı – Faciənin təfərrüatı-

Qazax rayonunda ehtiyatda olan zabitin dəm qazından zəhərlənərək həyatını itirməsi ilə nəticələnən hadisə baş verib. Onun bir neçə gün əvvəl yol qəzasında həlak olan şəxslərin yas mərasimində iştirak etmək üçün kəndə getdiyi məlum olub.

Azmedia.Az xəbər verir ki, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimində iştirak etmək məqsədilə rayonun Kəmərli kəndinə yollanıb.

O, kənddə yerləşən ata evində dəm qazından boğularaq dünyasını dəyişib.

Məlumata görə, mərhum ehtiyatda olan zabit olub. O, Bakı şəhərindəki 185 nömrəli tam orta məktəbdə hərbi müəllim vəzifəsində çalışıb.

Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.