Yevlaxda hasar çökdü, qaz və internet xətləri sıradan çıxdı – Fəsadlar aradan qaldırıldı- FOTO

Yevlaxda hasar çökdü, qaz və internet xətləri sıradan çıxdı – Fəsadlar aradan qaldırıldı-

Yevlax şəhərində yağıntılı və küləkli hava şəraiti nəticəsində həyətlərdən birinin hasarı uçub. Hadisə zamanı qaz borusu və internet xətti zədələnsə də, xəsarət alan olmayıb.

Azmedia.Az xəbər verir ki, hadisə şəhərin Rafiq Quliyev küçəsində qeydə alınıb.

Belə ki, yağıntılı və küləkli havanın təsiri nəticəsində yarımtikilinin yerləşdiyi həyətin hasarı çökərək dağılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, dağıntı ərazidən keçən qaz ötürücü boruya və internet xəttinə ziyan vurub.

Əraziyə cəlb edilən aidiyyəti qurumların nümayəndələri tərəfindən yaranmış fəsadlar aradan qaldırılıb, zədələnmiş xətlərin istismarı bərpa olunub.

Ehtiram Muradov

Azmedia.Az