Qarabağ qazisi faciəvi şəkildə öldü – Həyətindəki quyuda boğuldu- FOTO
Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Azmedia.Az xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Nağıyev Məhəmməd Böyükağa oğlu yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri mərhumun meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, Məhəmməd Nağıyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Hadisə ilə bağlı araşdırma aparılır.

