20 Yanvarda Qadın küçədə yıxıldı, təcili yardımın gecikməsi narazılıq yaratdı – TƏFƏRRÜAT-FOTO/VİDEO

20 Yanvarda Qadın küçədə yıxıldı, təcili yardımın gecikməsi narazılıq yaratdı –

Bakıda küçədə hərəkət edən qadının qəfil halı pisləşərək yerə yıxılıb.

Azmedia.Az xəbər verir ki, hadisə saat 11:00–12:00 radələrində 20 Yanvar ərazisində, Badi Səba Şadlıq Sarayının yaxınlığında, Azərsu istiqamətində gedən yolda baş verib.

Belə ki, qadının qəfil halı pisləşərək yerə yıxılması ərazidə olan vətəndaşları hərəkətə keçirib. Təcili tibbi yardımın neçə müddətdə gecikməsi narazılıq olub . Və nəticədə hadisə şahidlərindən biri dərhal yaxınlıqdakı aptekə qaçaraq naşatir alıb və qadına verib. Vətəndaşların səyi nəticəsində qadın ayılıb.

Hadisə yerinə gecikən  təcili tibbi yardım briqadası gəlib və qadın tibb işçilərinə təhvil verilib.

İlkin məlumatlara görə, qadının ürək tutması keçirdiyi və bu zaman dilinin qatlandığı bildirilir. Hadisənin dəqiq səbəbi ilə bağlı isə hələlik rəsmi məlumat yoxdur.

Əli Şəyəldiyev 

Azmedia.Az