Qubada məktəblini ölüm ayırdı: 3-cü sinif şagirdi vəfat etdi- FOTO
Quba rayonunda məktəbli vəfat edib.
Azmedia.Az xəbər verir ki, Amsar kənd tam orta məktəbinin III sinif şagirdi Elgün Kərimov dünyasını dəyişib.
Bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Elgün Kərimov noyabrın 23-də vəfat edib.
Azyaşlının ölüm səbəbi barədə isə hər hansı məlumat açıqlanmayıb.



