Tovuzda ev yandı - 5 nəfər tüstüdən zəhərləndi - FOTOLAR

Tovuzda ev yandı -

Tovuzda evdə yanğın hadisəsi baş verib.

Azmedia.Az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində yanğın baş verib.

İlkin ehtimala görə, ildırım çaxmasından sonra elektrik naqillərində qısaqapanma yaranıb və alov alışıb.

Hadisə zamanı evdə heç kim olmasa da, alovu söndürməyə köməyə gələn qonşulardan 5-i tüstüdən zəhərlənib.

Onlar dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müayinə üçün evə buraxılıblar.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası alovun ətraf sahələrə keçməsinin qarşısını alıb.

Yanğın nəticəsində evin birinci mərtəbəsində yerləşən mətbəx, ona bitişik zalın yanar konstruksiyaları və içərisindəki məişət avadanlıqları təxminən 40 kv.m sahədə tamamilə yanaraq kül olub. Hadisə zamanı tüstüdən zəhərlənən kənd sakinlərinin şəxsiyyəti məlum olub. Məlumata görə, onlar Cəmallədin Şirinov (2002), İlkin Məhərrəmov (1995), Elmar Süleymanlı (1997), Röyal Nəniyev (1989) və Şəhla Qarayevadır (1988).

Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.//qafqazinfo