İngiltərədə transfer çılğınlığı: Premyer Liqada 3,5 milyard funtluq rekord- ƏN BAHALI 5 TRANSFER

İngiltərədə transfer çılğınlığı: Premyer Liqada 3,5 milyard funtluq rekord-

İngiltərə Premyer Liqasında klubların yay transfer dönəmində futbolçulara xərclədiyi vəsait yeni rekorda çatıb. Ümumi transfer xərcləri 3,5 milyard funt təşkil edib.

Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki Premyer Liqa klubları bu yay transferlərə ümumilikdə 3,5 milyard funt vəsait sərf edib.

Rekord xərcləmənin əsas hissəsini yüksək məbləğli transferlər təşkil edib. Enzo Fernandes “Çelsi”dən “Mançester Siti”yə 125 milyon funt, Bredli Barkola PSJ-dən “Liverpul”a ilkin olaraq 107 milyon funt qarşılığında keçib. Barkolanın transfer məbləğinin bonuslarla 123 milyon funta qədər yüksələ biləcəyi bildirilir. 

Bundan başqa, Elliot Anderson “Nottingem Forest”dən “Mançester Siti”yə 116 milyon funt, Morqan Rocers “Aston Villa”dan “Çelsi”yə 117 milyon funt, Sandro Tonali isə “Nyukasl”dan “Tottenhem”ə 100 milyon funtadək məbləğə transfer olunub. 

Beləliklə, bu beş transfer Premyer Liqanın yay transfer pəncərəsində ən diqqətçəkən və ən bahalı keçidlər sırasında yer alıb.

Bununla da İngiltərə çempionatında yay transferləri üzrə əvvəlki maliyyə göstəricisi geridə qoyularaq yeni rekord müəyyənləşib.

Bu göstərici  Premyer Liqa klublarının transfer bazarında “yeni xərcləmə rekordu” kimi təqdim edilib.

Beləliklə, İngiltərə klublarının futbolçu transferlərinə yatırdığı vəsait daha bir dəfə Premyer Liqanın dünyanın ən böyük transfer bazarlarından biri olduğunu göstərib.