Prezident İlham Əliyev Hindistanın yeni səfiri ilə görüşüb- FOTO
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar ilə görüşüb.
Azmedia.Az xəbər verir ki, səfir Abhay Kumar etimadnaməsini dövlət başçısına təqdim edib.
Səfir ikitərəfli münasibətlərin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı cari ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyevlə Hindistanın Baş naziri Narendra Modi arasında baş tutan təmaslar xatırlanıb.
Söhbət əsnasında Azərbaycan və Hindistan xalqları arasında minilliklərə söykənən tarixi-mədəni əlaqələrin mövcud olduğu vurğulanıb. Həmçinin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.


