Rusiyadan Türkiyəyə uçan təyyarənin mühərriki sıradan çıxdı - FOTOLAR

Rusiyadan Türkiyəyə uçan təyyarənin mühərriki sıradan çıxdı -

Rusiya vətəndaşlarını daşıyan sərnişin təyyarəsində rejs zamanı ciddi texniki nasazlıq yaranıb. Uçuş vaxtı laynerin mühərriklərindən biri sıradan çıxıb və təyyarə məcburi eniş edib.

Azmedia.Az xəbər verir ki, "Corendon Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" markalı təyyarə Ufa şəhərindən Antaliyaya uçuş həyata keçirirmiş. Türkiyənin hava məkanında olan zaman hava gəmisinin komandiri dispetçerlərə sağ mühərrikin tamamilə sıradan çıxdığını bildirib. Yaranan kritik vəziyyətlə əlaqədar olaraq ekipaj dərhal Kayseri şəhərinin hava limanına təcili eniş etmək qərarına gəlib.

Məlumata əsasən, insident zamanı göyərtədə 160 nəfər olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb, sərnişinlərin hamısı təhlükəsiz şəkildə təxliyə edilib.

Həmin təyyarə müvəqqəti olaraq uçuşlardan kənarlaşdırılıb və texniki baxışa cəlb olunub. Tətilə və ya istirahətə gedən rusiyalı turistlərin Antaliyaya çatdırılması üçün isə əraziyə ehtiyat təyyarə göndərilib.//nocomment