Ukrayna Rusiyanı bu dəfə raketlərlə vurdu

Ukrayna Rusiyanı bu dəfə

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej vilayətinə raket zərbəsi endirib. 

Azmedia.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev açıqlayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri şəhər səmasında bir neçə yüksək sürətli hava hədəfini vurub. Qusev bildirib ki, hücum nəticəsində üç mülki şəxs yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Bundan əlavə, yerli müəssisənin bir neçə sənaye obyektinə ziyan dəyib. Bir neçə yaşayış binasının fasadlarına və pəncərələrinə də ziyan dəyib.

Voronejə raket zərbəsi zamanı Sborka yarımkeçirici zavodu da vurulub. Müəssisədə böyük yanğın baş verib.

Zavod elektronika, rabitə avadanlıqları və xüsusi təyinatlı nəqliyyat vasitələri yığan şirkətlər üçün ən böyük komponent təchizatçılarından biri hesab olunur.//32gün