Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapıldı

Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapıldı

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 15 km aralı, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində tapılıb.

Bu barədə Azmedia.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.