Bakıda faciə: Dönər almağa gedərkən avtomobil vurdu, 27 yaşlı gənc öldü
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayev idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq yolu keçmək istəyib. Bu zaman onu digər istiqamətdə hərəkət edən minik avtomobili vurub.
Aldığı xəsarətlər nəticəsində piyada hadisə yerində həyatını itirib.
Şahidlərin bildirdiyinə görə, Çərkəz Fətullayev dönər almaq məqsədilə yolu keçirmiş.
//teleqraf

