TƏCİLİ! Doğum evində yanğın
Sumqayıt Perinatal Mərkəzində baş verən yanğınla bağlı yeni təfərrüatlar məlum olub.
Hadisə binanın 3-cü mərtəbəsində qeydə alınıb.
Azmedia.Az xəbər verir ki, kondisionerin alışması nəticəsində yaranan tüstülənmə və təhlükə səbəbindən dərhal operativ tədbirlər görülüb.
Mərkəzdə olan yeni doğulan körpələr və analar təhlükəsiz şəkildə təxliyə ediliblər.
Məlumata görə, insident zamanı xəsarət alan olmayıb. Həmçinin bildirilir ki, yeni doğulan körpələrin və anaların vəziyyəti yaxşıdır.//nocomment


