Azərbaycana uduzdu, istefa verdi – Litva millisində qərar
Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas Azərbaycan yığmasına qarşı keçirilən UEFA Millətlər Liqası oyunundan sonra postunu tərk edib.
Azmedia.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis Litva Futbol Federasiyasının rəhbərliyi ilə keçirdiyi görüşün ardından istefa ərizəsini təqdim edib.
Yankauskasın istefasına Azərbaycan millisi ilə qarşılaşmada qeydə alınan nəticə səbəb olub. Litva yığması həmin oyunda Azərbaycan seçməsinə 0:1 hesabı ilə məğlub olub.
Edqaras Yankauskas 2023-cü il fevralın 1-dən etibarən Litva milli komandasına rəhbərlik edirdi.


