Goranboyda ağır yol qəzası: Yük maşını minik avtomobili ilə toqquşdu
Goranboyda yük maşını ilə minik avtomobili toqquşub, yaralanan var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib. "Kamaz" markalı nəqliyyat vasitəsi ilə "Ford" markalı avtomobilin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1993-cü il tarixli Samux rayon sakini Nağıyeva Təranə Nüsrət qızı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


