Naxçıvanda piyadanı maşın vurdu - Xəstəxanada öldü
Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Azmedia.Az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsində baş verib.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.//qafqazinfo


