Sahil Babayevdən yüksək vəzifəyə - TƏYİNAT

Sahil Babayevdən yüksək vəzifəyə -

Xalıq Qəhrəman oğlu Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

Azmedia.Az  nazirliyə istinadən xəbər verir ki, o, 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

X.Rəhmanov 1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.