Bakıda keçirilən FIFA U-15 turnirinin qalibi bəlli oldu – İlham Əliyev mükafatları təqdim etdi- FOTO/VİDEO
Bakıda təşkil olunan FIFA U-15 World Cup and Festival beynəlxalq futbol turnirinin final qarşılaşması keçirilib. Prezident İlham Əliyev final matçını izləyib və yarışın qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib.
Final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.
Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.
Beləliklə, Bakıda ilk dəfə təşkil olunan FIFA U-15 World Cup and Festival yarışının qalibi İspaniya komandası olub.


