Tofiq Bakıxanov son mənzilə yola salındı-

Tofiq Bakıxanov son mənzilə yola salındı-

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində keçirilən vida mərasiminin ardından onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Azmedia.Az xəbər verir ki, Tofiq Bakıxanovun vida mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin nümayəndələri, ailə üzvləri və media təmsilçiləri iştirak ediblər.

Vida mərasimindən sonra mərhumun nəşi İkinci Fəxri xiyabana aparılıb və burada dəfn olunub.

Qeyd edək ki, görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.