Dünya futbolunun tanınmış simalarından biri Bakıda – Pyerluici Kollina paytaxtdadır- VİDEO
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana səfər edib.
Azmedia.Az xəbər verir ki, sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri vəzifəsini tutan Pyerluici Kollina Azərbaycana səfər edib.
Kollina paytaxt Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatını və festivalını izləmək məqsədilə ölkəmizə gəlib.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı oktyabrın 30-da başa çatacaq.


