Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarətindən öldü – HADİSƏNİN TƏFƏRRÜATI

Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarətindən öldü – HADİSƏNİN TƏFƏRRÜATI

Mingəçevirdə 42 yaşlı kişi aldığı ağır bıçaq xəsarəti nəticəsində həyatını itirib. Hadisənin ehtiyatsızlıqdan baş verməsi ehtimalı da araşdırılır.

Azmedia.Az xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi ərazisində yerləşən fərdi təsərrüfatda baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü şəhər sakini Bayramov Xəyal Arif oğlu ürək nahiyəsindən aldığı ağır bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsi ehtimalı da istisna edilmir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az