Sentyabrda vətəndaşları kimlər qəbul edəcək? – Prezident Administrasiyasının CƏDVƏLİ

Sentyabrda vətəndaşları kimlər qəbul edəcək? –

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin sentyabr ayında keçiriləcək vətəndaş qəbullarının tarixləri açıqlanıb.

Azmedia.Az xəbər verir ki, qəbul cədvəlinə Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərləri, Prezidentin xüsusi nümayəndələri və digər məsul şəxslər daxildir.


Təhlükəsizlik Şurası üzrə

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun da vətəndaş qəbulunda iştirakı nəzərdə tutulub.

Vətəndaşların qəbul məsələləri ilə bağlı təqdim olunan tarix və vəzifələrə uyğun olaraq müraciətlərini əvvəlcədən müəyyən edilmiş qaydada etmələri tövsiyə olunur.

Sentyabr ayı üzrə qəbul cədvəli:

Qəbulu aparan şəxs / vəzifə Qəbul günü
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev 1
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov 2, 16
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Seyidov 3
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov 4, 11, 25
Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 4
Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov 7
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva 8
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov 9
Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 10
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 11
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev 14
Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Orxan Səttarov 15
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi 15
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru 15
Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov 17
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev 18
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 21
Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov 22
Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov 22
Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev 23
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov 24
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov 25
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev 25
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov