Megastor-un “1+1 hədiyyə” fırıldağı? “Bizim Tarla” tomat pastasının qiyməti diqqət çəkdi- FOTO
Megastor mağazalarında “Bizim Tarla” markalı tomat pastasının qiymətindəki dəyişiklik və sonradan tətbiq edilən “1+1 hədiyyə” kampaniyası suallar yaradıb. Məhsulun qiymət etiketlərini əks etdirən fotolar əsasında kampaniyanın nə dərəcədə sərfəli olduğu müzakirə mövzusuna çevrilib.
Azmedia.Az xəbər verir ki, Megastor mağazalarında satılan “Bizim Tarla” markalı tomat pastasının qiyməti ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb.
Belə ki, məhsulun qiyməti əvvəlcə 2 manat 99 qəpik olub. Daha sonra qiymət 3 manat 5 qəpiyə qaldırılıb. Ardınca isə mağazada həmin məhsul “1+1 hədiyyə” kampaniyası adı altında iki ədəd üçün 4 manat 15 qəpiyə təklif edilib.
Məhsulun qiymətindəki bu dəyişikliklər mağazanın endirim kampaniyasının nə dərəcədə real qənaət yaratdığı ilə bağlı suallar doğurur. Xüsusilə əvvəlki qiymətlərlə sonradan təqdim olunan kampaniya qiymətinin müqayisəsi alıcıların diqqətindən yayınmamalıdır.
Qiymət etiketlərini əks etdirən fotolar da bu məsələni gündəmə gətirir. İstehlakçılar üçün əsas sual budur: “1+1 hədiyyə” kampaniyası həqiqətən sərfəli təklifdir, yoxsa endirim görüntüsü yaradan qiymət siyasətidir?
Marketlərdə kampaniyaların şəffaf şəkildə təqdim olunması, məhsulların əvvəlki və cari qiymətlərinin düzgün göstərilməsi istehlakçı etimadı baxımından mühüm əhəmiyyət daşıyır.
Megastor-un bu qiymət dəyişiklikləri və kampaniya ilə bağlı mövqeyi isə məsələyə aydınlıq gətirə bilər.


