İki həftəlik axtarış faciə ilə bitdi: 5 yaşlı qızın meyiti quyudan çıxarıldı- VİDEO

İki həftəlik axtarış faciə ilə bitdi: 5 yaşlı qızın meyiti quyudan çıxarıldı-

Evlərinin qarşısında oynayarkən itkin düşən 5 yaşlı qızın meyiti təxminən iki həftə davam edən axtarışlardan sonra quyudan tapılıb. Hadisə ilə bağlı bir neçə şübhəli müəyyən edilib, istintaq davam edir.

Azmedia.Az xəbər verir ki, hadisə avqustun 10-da baş verib. Evlerinin qarşısında oynayan 5 yaşlı qız həmin gün itkin düşüb. Ailəsinin uşağı tapa bilməməsindən sonra polisə məlumat verilib və axtarış tədbirlərinə başlanılıb.

Təxminən iki həftə davam edən axtarışlardan sonra, avqustun 24-də azyaşlının meyiti quyudan çıxarılıb. Polis araşdırma çərçivəsində müşahidə kameralarının görüntülərini təhlil edib və bir neçə şübhəlinin izinə düşüb.

Polisin iddiasına görə, azyaşlı qaçırılıb, cinsi zorakılığa məruz qalıb və öldürülüb. Şübhəlilərin cinayətin bəzi hissələrini etiraf etdikləri bildirilir.

Hadisə ilə bağlı istintaq və hüquqi proses davam edir. Məhkəmə-tibbi ekspertizasının yekun rəyi və məhkəmənin qərarı hələ gözlənilir.