Tofiq Bakıxanovla vida mərasimində dövlət rəhbərliyinin əklilləri
Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanovla vida mərasimi Təzə Pir məscidində keçirilir.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər.
Vida mərasimi Bakıda yerləşən Təzə Pir məscidində keçirilir.
Qeyd edək ki, Azərbaycanın tanınmış bəstəkarı və Xalq artisti Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.
Mərasimdən sonra Tofiq Bakıxanov İkinci Fəxri xiyabanda dəfn olunacaq.


