Ceyhun Bayramov Hakan Fidanla Ankarada bir araya gəldi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüş keçirib.
Azmedia.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, görüş Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü çərçivəsində baş tutub.


