İstidən sonra hava dəyişir: temperatur 8 dərəcə düşəcək, leysan və dolu gözlənilir- XƏBƏRDARLIQ
Azərbaycanda yaxın günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağış, leysan, şimşək və dolu ehtimalı var.
Azmedia.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 26-dan 29-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.
Məlumata görə, ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb ola bilər. Bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna edilmir.
Bununla yanaşı, ölkə ərazisində havanın temperaturunun əvvəlki günlərlə müqayisədə tədricən 4–8 dərəcə aşağı düşəcəyi gözlənilir.


