5 milyon izləyicili səhifəsini bağlamışdı – Kıvanç Tatlıtuğ səbəbini açıqladı

5 milyon izləyicili səhifəsini bağlamışdı – Kıvanç Tatlıtuğ səbəbini açıqladı

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisinin olduğu Instagram hesabını deaktiv etməsinin səbəbini açıqlayıb.

Azmedia.Az xəbər verir ki, həm karyerası, həm də şəxsi həyatı ilə daim diqqət mərkəzində olan aktyor tədbirlərdən birində görüntülənib və sosial media hesabını bağlaması ilə bağlı qərarından danışıb. 

Tatlıtuğ Instagram hesabını bağlamasının arxasında xüsusi və ya dramatik bir səbəbin olmadığını bildirib.

Məşhur aktyor qərarını belə izah edib:

“Məni tanıyanlar onsuz da necə olduğumu bilir. Sadəcə belə istədim – darıxdım və bağladım. Bunun arxasında hansısa dramatik hekayələr axtarmayın. Əvəzində gedib kitab aldım və bol-bol mütaliə etdim”. 

Beləliklə, Kıvanç Tatlıtuğun milyonlarla izləyicisi olan Instagram hesabını deaktiv etməsinin şəxsi seçimindən qaynaqlandığı məlum olub.