Xırdalanda 11-ci mərtəbədən yıxılan 20 yaşlı qızla bağlı yeni detallar – nişanı olmalı imiş - FOTO/VİDEO

Xırdalanda 11-ci mərtəbədən yıxılan 20 yaşlı qızla bağlı yeni detallar – nişanı olmalı imiş -

Xırdalanda 11-ci mərtəbədən yıxılaraq həyatını itirən 20 yaşlı Ayla ilə bağlı yeni detallar məlum olub. Onun oktyabrın 3  gecə saat 11,12 radələrində özünü 11-ci mərtəbədən atdığı, hadisədən bir gün sonra isə nişanının olacağı bildirilib.

Azmedia.Az xəbər verir ki, Xırdalan şəhərində 20 yaşlı Ayla 11-ci mərtəbədən yıxılaraq həyatını itirib.

Məlumata görə, hadisə oktyabrın 3-də saat 11:12-də baş verib. Bildirilir ki, Ayla həmin vaxt özünü 11-ci mərtəbədən atıb.

Aylanın hadisədən sonrakı gün, yəni ölümünün səhəri nişanı olmalı idi.

Bildirilib ki, Aylanın 3 ay əvvəl ad günü olub. Həmin vaxt atası ona avtomobil hədiyyə edib.

Məlumata görə, Aylanın atası xarici ölkədə gəmi kapitanı kimi çalışır. Qızının ölüm xəbərini aldıqdan sonra yas mərasiminə çatmaq üçün təcili şəkildə ölkəyə gəlib.

Hadisə ilə bağlı qeyd olunan məlumatlar əsasında Aylanın yaxınlarının yas mərasiminə hazırlaşdığı bildirilib.

Əli Şəyəldiyev

Azmedia.Az