Ramil Qasımov: Şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin dərin ehtiramla yad edildiyi mühüm tarixdir.
Əməkdar artist, tanınmış opera ifaçısı Ramil Qasımov Azmedia.Az-a açıqlamasında bildirib ki, 27 Sentyabr heç zaman xalqımızın yaddaşından silinməyəcək.
“Bu gün şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. Onların hər birinin adı xalqımızın qəlbində əbədi yaşayacaq”, – deyə sənətçi bildirib.
R.Qasımov qeyd edib ki, şəhidlərin qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasında incəsənətin də mühüm rolu var. Onun sözlərinə görə, şəhidlərə həsr olunan musiqilərdə, şeirlərdə və bədii kompozisiyalarda onların igidliyini və Vətən sevgisini yaşatmaq sənət adamları üçün mənəvi məsuliyyətdir.
Əməkdar artist vurğulayıb ki, şəhidlərin göstərdiyi qəhrəmanlıq və Vətənə bağlılıq gələcək nəsillər üçün də örnək olaraq qalacaq.
“İnanıram ki, onların ruhları şaddır. Çünki müstəqil Azərbaycanda böyüyən övladlarımız da, bütün xalqımız da şəhidlərimizin adını və bizə qoyduqları əmanəti nəsildən-nəslə yaşadacaq”, – deyə Ramil Qasımov əlavə edib.
Şəlalə Camal
Azmedia.Az
-a açıqlamasında bildirib ki, 27 Sentyabr heç zaman xalqımızın yaddaşından silinməyəcək.