“Hürrəm Sultan” Bakıya gəlir! Məryəm Uzerlinin səfərinin TARİXİ BİLLİ OLDU

“Hürrəm Sultan” Bakıya gəlir! Məryəm Uzerlinin səfərinin TARİXİ BİLLİ OLDU

“Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazı ilə milyonların sevgisini qazanan türkiyəli aktrisa Məryəm Uzerli ilk dəfə Bakıya səfər edəcək. Onun paytaxta gəlişinin səbəbi də məlum olub.

Azmedia.Az xəbər verir ki, Məryəm Uzerli Azərbaycana baş rollardan birini canlandırdığı “İmrozda Bahar” filminin premyerasında iştirak etmək üçün gələcək.

Filmin Bakıdakı premyerası noyabrın 4-nə planlaşdırılıb.

Rejissoru Özcan Alper olan “İmrozda Bahar” filmi Türkiyənin tarixi adı İmroz olan Gökçeada bölgəsində baş verən romantik dramdır.

Filmin süjeti yaradıcılıq böhranı yaşayan yazıçı Arifin (Halit Ergenç) həyatından bəhs edir. Yazıçı yenidən ilham tapmaq ümidi ilə adaya yollanır. Burada o, üç il əvvəl həm həyat yoldaşını, həm də oğlunu itirmiş Sonya (Məryəm Uzerli) ilə tanış olur.

Onların arasında zamanla yaranan bağ hər ikisinə keçmişin ağrıları ilə üzləşməyə və həyata yenidən başlamaq ehtimalını dəyərləndirməyə kömək edir.