Şagirdlər məktəbə necə geyinməlidir? Vahid forma qaydaları ilə bağlı video yayımlandı- VİDEO
Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı müəyyənləşdirilmiş tələblər yenidən diqqətə çatdırılıb. Mövzu ilə bağlı məktəblilərin geyim qaydalarını əks etdirən videoçarx təqdim olunub.Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin hansı geyim formasına riayət etməli olduqları ilə bağlı tələblər müəyyənləşdirilib.
Azmedia.Az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunan qaydaların əsas məqsədi məktəblərdə intizamlı, səliqəli və bərabər təhsil mühitinin yaradılmasıdır.
Bununla yanaşı, vahid məktəbli geyiminə əməl olunması və ümumi təhsilin dünyəvilik prinsipinin qorunması da əsas məqsədlər sırasındadır.
Məktəblilərin geyim forması ilə bağlı tələbləri əks etdirən videoçarx ictimaiyyətə təqdim edilib.


