Mingəçevirdə iki gün əvvəl ölən şəxsin meyiti aşkarlandı – TƏFƏRRÜAT- FOTO

Mingəçevirdə iki gün əvvəl ölən şəxsin meyiti aşkarlandı – TƏFƏRRÜAT-

Mingəçevirdə 49 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. Məlum olub ki, o, iki gün əvvəl vəfat edib.

Azmedia.Az xəbər verir ki, hadisə ilkin məlumata görə, şəhərdə “Mingəçevir kəndi” kimi tanınan yaşayış sektoru ərazisində qeydə alınıb.

Meyiti aşkarlanan şəxsin 1977-ci il təvəllüdlü Ramiz Mustafayev olduğu müəyyənləşib. Onun iki gün əvvəl yaşadığı evdə vəfat etdiyi, meyitinin isə bu gün aşkarlandığı bildirilir.

Məlumata görə, Ramiz Mustafayevin ailəsi olmayıb və o, tək yaşayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölümün səbəbləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Azmedia.Az