Zəlzələ qurbanlarının sayı 5 mini ötdü

Zəlzələ qurbanlarının sayı 5 mini ötdü

Venesuelada iyunun 24-də cəmi 39 saniyə fərqlə baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.

Azmedia.Az-ın xəbərinə görə, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges ölkədəki son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı daha 139 nəfər artaraq 5069-a çatıb.

Onun sözlərinə görə, zəlzələlər zamanı 16 min 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Dağıntıların baş verdiyi bölgələrdə axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.

Rodriges vətəndaşları xilasetmə işlərinə mane olmamaq üçün şəxsi avtomobillərlə La-Quayra bölgəsinə getməməyə çağırıb. O, humanitar yardımların yalnız rəsmi toplama məntəqələrinə çatdırılmasının vacibliyini vurğulayıb.//qafqazinfo