Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - FOTO

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı -

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. 

Azmedia.Az xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. 

Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-yə aparılıb. Əməliyyat prosesində müxtəlif tibb sahələrinin mütəxəssisləri iştirak edib.

Hazırda qızlar Missuridəki Renken Cordan Bric pediatrik xəstəxanasında intensiv terapiya və reabilitasiya keçirlər. Həkimlər hələlik əməliyyatın onların uzunmüddətli inkişafına necə təsir edəcəyi barədə dəqiq fikir bildirmir. 

Ayrılmadan sonra bacılar fərdi reabilitasiya imkanı qazanıb. Onlar müstəqil şəkildə oturmağı, yemək yeməyi və danışmağı, həmçinin bir-biri və digər uşaqlarla ünsiyyət qurmağı öyrənirlər. Gələcəkdə mütəxəssislər onlara ayaq üstə durmağı və yerməyi öyrətməyi planlaşdırırlar.

Əməliyyatın hazırlanmasında və keçirilməsində ABŞ və Efiopiyanın tibbi və xeyriyyə təşkilatları, həmçinin digər beynəlxalq tərəfdaşlar iştirak ediblər.

Qeyd edək ki, bitişik əkizlərə nadir hallarda rast gəlinir. Bu hal təxminən hər 50-100 min canlı doğuşda bir dəfə baş verir. Bitişik doğulan əkizlər arasında qızların sayı oğlanlara nisbətən təxminən üç dəfə çoxdur.

Siam əkizləri hamiləliyin ən erkən mərhələlərində eyni yumurta embrionlarının inkişaf prosesinin pozulması nəticəsində doğulur. Normal şəraitdə eyni yumurta əkizlərinə həyat verməli olan mayalanmış yumurta hüceyrəsi mayalanmadan sonrakı ilk beş-altı gün ərzində iki müstəqil embriona bölünür. Bölünmə gecikər və mayalanmadan sonrakı 13-15-ci günlərdə baş verərsə, embrionların ayrılması tam başa çata bilmir.//qafqazinfo