Baba Vanqanın yadplanetlilərlə bağlı proqnozu gündəmdə: Bəşəriyyət nə ilə qarşılaşacaq?

Baba Vanqanın yadplanetlilərlə bağlı proqnozu gündəmdə: Bəşəriyyət nə ilə qarşılaşacaq?

1996-cı ildə vəfat edən görücü Baba Vanqaya aid edilən 2026-cı ilin noyabr proqnozları yenidən diqqət mərkəzinə düşüb.

Azmedia.Az xəbər verir ki, Baba Vanqanın 2026-cı ilin noyabr ayı ilə bağlı olduğu iddia edilən proqnozları ictimai marağa səbəb olub. Onun adına aid edilən iddialar arasında bəşəriyyətin həmin ay ilk dəfə yadplanetlilərlə təmas quracağı barədə fikir xüsusi diqqət çəkir.

Rəsmi və yazılı arxivi olmayan Vanqaya aid edilən bu proqnozlar internetdə və sosial şəbəkələrdə geniş yayılaraq müxtəlif müzakirələrə yol açıb.

Yayılan iddialara əsasən, 2026-cı ilin noyabrında nəhəng kosmik gəmi Yer kürəsinin atmosferinə daxil olacaq və bəşəriyyət ilk dəfə başqa bir sivilizasiya ilə rəsmi əlaqə quracaq.

Bununla belə, mütəxəssislər Baba Vanqanın məhz bu tarixi qeyd etdiyini təsdiqləyən hər hansı rəsmi və ya etibarlı mənbənin olmadığını bildirirlər.

Məşhur görücünün qardaşı qızı Krasimira Stoyanovanın xatirələrində yer alan məlumatlara əsasən, belə bir təmasın 2026-cı ildə deyil, təxminən 200 il sonra baş verə biləcəyi qeyd olunur.

Mövcud ziddiyyətlər Baba Vanqaya aid edilən öncəgörmələrin zaman keçdikcə dəyişdirildiyini və şayiələr vasitəsilə şişirdildiyini göstərir.

Sosial şəbəkələrdə geniş yayılan və Baba Vanqanın adı ilə əlaqələndirilən digər qeyri-adi proqnozlar da diqqət çəkir.

2125 və 2130-cu illər: İddialara görə, 2125-ci ildə kosmosdan ilk siqnallar qəbul ediləcək. 2130-cu ildə isə başqa sivilizasiyaların bilikləri sayəsində su altında yaşayışa başlanılacaq.

2221-ci il: Zamanın sirrinin açılacağı və bəşəriyyətin taleyinin köklü şəkildə dəyişəcəyi irəli sürülür.

2371 və 2378-ci illər: Böyük aclıq dalğasının baş verəcəyi, 2378-ci ildə isə tamamilə yeni insan növünün formalaşacağı iddia edilir.

4302 və 4308-ci illər: Şəhərlərin infrastrukturlarının yenilənəcəyi və bütün xəstəliklərin müalicəsinin tapılacağı barədə proqnozlar yayılıb.

4599-cu il: Ölməzliyin formulunun tapılacağı və dünya əhalisinin sayının 340 milyarda çatacağı iddia olunur.

Qeyd edək ki, sadalanan fikirlər Baba Vanqaya aid edilən proqnozlardır və onların həqiqiliyini təsdiqləyən etibarlı sübutlar təqdim edilməyib.