Məşhur aktyorun faciəli ölümü – 38 yaşında həyatını itirdi- FOTO
ABŞ-li aktyor Aleksandr Haskinin ölümü ilə bağlı təfərrüatlar məlum olub. 38 yaşlı aktyor noyabrın 16-da Santa-Monika şəhərində baş verən hadisə nəticəsində həyatını itirib.
Azmedia.Az xəbər verir ki, “New York Post”un məlumatına görə, hadisə noyabrın 16-da Santa-Monika şəhərində baş verib.
Şahidlərin sözlərinə görə, aktyor hadisədən əvvəl bir qadınla mübahisə edib. Daha sonra o, estakadadan okeana tullanıb. Təxminən 50 dəqiqə sonra xilasedicilər aktyorun meyitini sudan çıxarıblar.
Qeyd edək ki, Aleksandr Haskin aktyorluq fəaliyyətinə başlamazdan əvvəl ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. Daha sonra televiziya layihələrində rol alıb.

