Bu ölkədə dəhşətli təyyarə qəzası – Göyərtədən heç kim sağ çıxmadı- FOTO/ VİDEO
Rusiyada hərbi təyyarənin qəzaya uğraması faciə ilə nəticələnib. Hadisə zamanı təyyarədə olan bütün şəxslər həyatını itirib.
Azmedia.Az xəbər verir ki, Rusiyanın Kemerovo vilayətində An-12 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 19 nəfər həlak olub.
Məlumata görə, qəza planlaşdırılmış uçuş zamanı baş verib. Təyyarə yaşayış olmayan əraziyə düşüb. Göyərtədə altı ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 19 nəfər olub.
Bildirilib ki, qəzanın ilkin səbəbi texniki nasazlıq hesab edilir. Hazırda hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası araşdırma aparır.



