İsrail Tehranda 40-a yaxın hərbi obyekti bombalayıb - VİDEO

İsrail Tehranda 40-a yaxın hərbi obyekti bombalayıb -

Son iki gündə İsrail Hərbi Hava Qüvvələri Tehran bölgəsində silahların hazırlanması və istehsalı ilə əlaqəli təxminən 40 obyektə hücum edib.

Azmedia.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu hava hücumları zamanı 80-dən artıq sursat istifadə edilib. Hücuma məruz qalan hədəflər arasında yer-hava raketlərinin yığılması zavodu, tank əleyhinə raket hissələri fabriki və ballistik raket mühərriklərinin istehsal edildiyi müəssisə də var.