20 yaşlı Ayla dəfn olundu – onu tanıyanlardan ürəkdağlayan sözlər, mərasimdən görüntülər - FOTO

20 yaşlı Ayla dəfn olundu – onu tanıyanlardan ürəkdağlayan sözlər, mərasimdən görüntülər -

20 yaşında həyatını itirən Ayla dəfn olunub. Gənc qızın dəfn mərasimindən görüntülərlə yanaşı, onu tanıyan şəxslərin həyatına və xarakterinə dair söylədikləri fikirlər də diqqət çəkib.

Azmedia.Az xəbər verir ki, Aylanı tanıyan şəxslər onu sakit, tərbiyəli, ağıllı, mehriban və gülərüz biri kimi xarakterizə ediblər. Onun vaxtsız vəfatı yaxınları ilə yanaşı, tanışları arasında da böyük kədərə səbəb olub.

Ailənin yaxın dostlarından biri Aylanı uşaqlıq illərindən tanıdığını bildirərək onun yaxşı ailədə böyüdüyünü və tərbiyəli qız olduğunu vurğulayıb.

“Yox, bacı, yox, heç kim təhdid etməyib. Bizim ailəvi dostlarımızdır, çox gözəl, sakit ailədirlər. Qız da çox ağıllı, tərbiyəli, sakit bir qız idi. 20 yaşı var idi. Ayla balam, uşaqlıqdan tərbiyəli, çox gözəl ailədə böyümüş bir qız idi”, – deyə həmin şəxs bildirib.

O, Aylanın qorxu ilə bağlı problemlər yaşadığını da iddia edib:

“Sadəcə qızın canında qorxu var idi. Gözünə nəsə görünürdü, qulağına səslər gəlirdi. Hər yerə aparmışdılar. Çox sağlam qız idi, amma belə bir qorxu problemi yaşayırdı”.

Ailənin digər yaxın dostu da Aylanın ailəsini Binəqədidə qonşuluqdan tanıdığını, sonradan onların Xırdalana köçdüyünü bildirib. O, ailənin mehriban olduğunu və Aylanın da sakit xarakteri ilə seçildiyini qeyd edib.

Həmin şəxs də gənc qızın qorxu yaşadığını, gözünə nələrinsə göründüyünü və qulağına səslər gəldiyini iddia edərək onun müxtəlif yerlərə aparıldığını yazıb. Aylanın 20 yaşında həyatını itirməsindən duyduğu kədəri də ifadə edib.

Aylanı tanıyan digər şəxslər də onun haqqında xoş fikirlər səsləndiriblər. Onlardan biri gənc qızın diş həkimi Rza doktorun yanında işlədiyini, mehriban, gülərüz və istiqanlı olduğunu bildirib.

“Rza doktorunun yanında işləyirdi, diş həkiminin. Elə yaxşı qız idi, mehriban, gülərüz, istiqanlı. Allah ailəsinə səbir versin”, – deyə həmin şəxs qeyd edib.

Aylanın hadisə zamanı necə yıxıldığını gördüyünü bildirən başqa bir şəxs isə yaşadığı sarsıntını belə ifadə edib:

“Qışqırıq yox e, qız necə düşdüsə… Gələndə şokdayam, yatıram Allaha and olsun, yuxudan dik atılıram. Gözümün önündə düşdü, özünü atdı, gözümün şahidi oldum”.

Hadisə ilə bağlı danışan digər şəxslərdən biri Aylanı yaşadıqları məhəllədən tez-tez gördüyünü bildirib.

“Ayda, bu qızı tez-tez görürdüm, bizim məhəllədə qalırdı”, – deyə o yazıb.

Başqa bir şəxs isə hadisə zamanı işdən qayıtdığını və Aylanın yıxılmasının gözünün qarşısında baş verdiyini bildirib:

“Gözümün qabağında düşdü, işdən gəlirdim”.

Aylanı tanıyan daha bir şəxs isə onunla bağlı əvvəllər eşitdiyi məlumatları bölüşərək yazıb:

“Aaaa, bu xanımı eşitmişdim. 2 il idi deyirdilər nəsə görür gözünə, 3 hərifli falan  Allah o dünyasını versin, yeri cənnət olsun”.

Aylanın ölümü ilə bağlı müxtəlif iddialar da səsləndirilib. Onun bədəninə cin girməsi ilə bağlı fikirlər də bunlar arasındadır. Həmçinin bəzi şəxslər onun uzun müddət nələrisə gördüyünü və səslər eşitdiyini iddia ediblər. Lakin bu iddiaların doğruluğunu təsdiqləyən məlumat yoxdur və onlar fakt kimi təqdim edilə bilməz.

Aylanın dəfn mərasimindən görüntülər onun vaxtsız vəfatı ilə bağlı kədəri bir daha ön plana çıxarır. Onu tanıyan şəxslərin söylədikləri isə gənc qızın ətrafındakılar tərəfindən mehriban, sakit, tərbiyəli və gülərüz biri kimi xatırlandığını göstərir.

Əli Şəyəldiyev

Azmedia.Az