Mingəçevirdə avtomobil ana və iki övladını vurub
Mingəçevirdə avtomobil ana və iki övladını vurub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib. Avtomobil yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Nəsirova Türkan Qüdrət qızını və övladları - 2024-cü il təvəllüdlü Nəsirov Onur Qüdrət oğlunu və 2021-ci il təvəllüdlü Nəsirov Uğur Qüdrət oğlunu vurub. Hər üç piyada xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


